XƏBƏRLƏR11.5.2021 15:20

Ermənistan parlamentinə eşşək bağlayan şəxs saxlanılıb

7

Ötən gün Ermənistan parlamentinin binasına eşşək bağlayan şəxs saxlanılıb. Azvision.az xəbər verir ki, polis deputatların və ümumilikdə hakimiyyət orqanlarının ciddi narazılığı ilə qarşılanan alçaldıcı hadisəni törədən şəxsin kimliyini müəyyənləşdirib. Bu, Ermənistanın Tavuş rayonunun Açacur kənd sakini 36 yaşlı Sevada Qukasyan olub.

Saxlanılan şəxs qəribə davranışını belə izah edib:

“Kəndlilərin Zazo adlandırdığı eşşəyi parlamentə ona görə gətirmişdim ki, o Paşinyanı geriyə-gəldiyi yerə, İcevana aparsın”.

O da bildirilir ki, Sevadanın üzərinə keçirilən baxış zamanı şalvarının cibindən sarı-yaşıl rəngli naməlum toz tapılıb. Hazırda ekspertiza təyin edilib, araşdırma aparılır.
 

YUXARI