GÜNDƏM2021.11.24 22:10

Ermənilər yüzlərlə ziyarətgahımızı, abidəmizi yer üzündən silib - DQİDK-nin sədr müavini

14

İşğal dövründə ermənilər yüzlərlə ziyarətgahımızı, abidələrimizi, qəbirisanlıqlarımızı dağıdıb, yer üzündən silib.

Trend-in məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədr müavini Gündüz İsmayılov "Böyük Qayıdış: Mədəniyyətin dirçəlişi" konfransında çıxışı zamanı deyib.

O qeyd edib ki, işğal dövründə ermənilər İslam dininə məxsus abidələrimizi yer üzündən demək olar siliblər.

Komitə sədrinin müavini bildirib ki, ermənilər hətta ərazilərimizdə olan bir sıra abidələri özününküləşdirməyə çalışıblar.

“İşğalçıların Alban kilsələrinə münasibəti isə başqa olub. Onlar həmin kilsələri mümkün qədər özününküləşdirməyə çalışıblar, harda ki, edə bilməyiblər, o kilsələri dağıdıblar" - deyə, komitə sədrinin müavini vurğulayıb.

YUXARI