CƏMİYYƏT15.9.2021 19:30

Ermənilər Ağdamda çox vəhşiliklər törədib - Xüsusi nümayəndə

1001

Ermənilər Ağdamda çox vəhşiliklər törədib, tarixi yaddaşımızı silməyə cəhd ediblər.

Trend-in məlumatına görə, bunu Prezidentin Ağdam üzrə xüsusi nümayəndəsi Emin Hüseynov deyib.

E.Hüseynov bildirib ki, "ermənilər Ağdamı xarabalığa çevirib" dedikdə burada söhbət adi dağlıntılardan, binaların dağıdılmasından getmir: “Onlar bizim tariximizi, mədəniyyətimizi silmək istəyiblər. Ağdam gözəl şəhər olub, Sovet İttifaqı dövründə iqtisadi baxımdan ən güclü potensialı olan sənaye zonası olub. Ağdamda 17 müəssisə mövcud olub. Hətta o müəssisələrdən biri Sovet İttifaqının kosmos sənayesi üçün cihazlar istehsal edib.

Ağdam, eyni zamanda, bir muğam mərkəzi olub. Rayon böyük muğam sənətkarları yetişdirib. Biz o irsi, o mirası qoruyub saxlamışıq. Bura gələn Ağdam sakinləri bu xarabalıqları görürlər, ürəkləri parçalanır, ancaq onlar qürurludurlar ki, torpaqlarımız işğaldan azad edilib”.

YUXARI