DÜNYA30.9.2022 08:30

Ərdoğan Qırğızıstan və ŞKTR prezidentlərini qəbul edib

218

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qırğızıstan Prezidenti Sadır Japarov və Şimali Kipr Türk Respublikasının (ŞKTR) Prezidenti Ersin Tatarı qəbul edib.

Trend xəbər verir ki, görüşlər İznik şəhərində IV Dünya Köçəri Oyunlarının açılış mərasimindən sonra baş tutub.

Bundan əlavə, R.T.Ərdoğan Qazaxıstan parlamentinin spikeri Yerlan Koşanovu qəbul edib.

Görüşlərin təfərrüatları barədə məlumat verilmir.

YUXARI