GÜNDƏM29.5.2023 02:00

Ərdoğan qələbə çıxışı edib (VİDEO)

3198

Növbəti dəfə Prezident seçilən Rəcəb Tayyib Ərdoğan hazırda qələbə çıxışı edib.

Trend xəbər verir ki, Türkiyənin 13-cü Prezidenti seçilən Ərdoğan Ankarada meydana toplaşan minlərlə seçicisinin önünə çıxıb.

Qeyd edək ki, Türkiyənin Mərkəzi Seçki Komissiyasının (YSK) sədri Əhməd Yener seçkilərin nəticələrinə dair açıqlama verib.

O, hazırki ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanın prezident seçildiyi bildirib.

Onun sözlərinə görə, Ərdoğan 52,14, Kamal Kılıçdaroğlu isə 47,86 faiz səs qazanıb.

YUXARI