DÜNYA9.12.2022 14:37

Ərdoğan Putin və Zelenski ilə telefon danışığı aparmağı planlaşdırır

417

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı və ukraynalı həmkarları ilə telefon danışığı aparmağı planlaşdırır. Trend xəbər verir ki, bu barədə türkiyəli lider İstanbulda beynəlxalq forumda çıxışı zamanı deyib.

“Bazar günü mən Rusiya Prezidenti Vladimir Putinlə taxıl böhranının həlli ilə bağlı danışmağı planlaşdırıram. Eyni məsələni Ukrayna Prezidenti Volodimir Zelenski ilə də müzakirə edəcəyik”, - deyə Ərdoğan bildirib.

Onun sözlərinə görə, Rusiya Federasiyası və Ukrayna prezidentləri ilə söhbətlər zamanı o, xüsusilə yoxsul ölkələrə taxıl tədarükü məsələlərini müzakirə etmək niyyətindədir:

“Biz taxılın taxıl dəhlizi ilə yoxsul ölkələrə getməsini istəyirik. Taxıl dəhlizi məsələsində böhranı ölkəmizin təşəbbüsləri sayəsində aradan qaldırmaq olar”.

YUXARI