KRİMİNAL14.1.2022 10:20

Ər-Riyad Ticarət Mərkəzindəki yanğın söndürülüb

993

Abşeron rayonunda Ər-Riyad Ticarət Mərkəzində baş verən yanğın söndürülüb.

Trend-in hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, hadisə nəticəsində mağazalardan biri yanıb.

Fövqəladə Hallar Naizrliyinin yanğınsöndürmə briqadalarının səyi nəticəsində yanğının ətraf obyektlərə keçməsinin qarşısı alınıb və mağazadakı yanğın söndürülüb.

***

Abşeron rayonunda ticarət mərkəzində yanğın başlayıb.

Trend-in məlumatına görə, hadisə rayon ərazisindəki Ər-Riyad Ticarət Mərkəzində baş verib.

Ticarət mərkəzində dükanlardan birində başlanan qəfil yanğın güclənib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadaları cəlb edilib. Yanğının qarşısını almaq üçün tədbirlər görülür.

YUXARI