CƏMİYYƏT14.6.2021 21:00

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin daha 106 əməkdaşı YAP-a üzv qəbul olunub

376

Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə 1992-ci ilin noyabrında yaradılan və bu gün Prezident İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının (YAP) sıraları genişlənməkdə davam edir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, nazirlik sistemində çalışan daha 106 əməkdaş müraciətlərinə əsasən YAP-ın sıralarına üzv qəbul edilib. Onlardan 32-si Nazirliyin Aparatının, 74-ü isə DOST Agentliyinin və 1 saylı DOST mərkəzinin əməkdaşlarıdır.
Ümumilikdə son üç ildə Nazirliyin 800 əməkdaşı YAP üzvlüyünə qəbul olunub. Hazırda Nazirlik sistemində çalışanlardan 4613-ü YAP üzvüdür.

Partiya sıralarına qəbul edilən əməkdaşların böyük əksəriyyəti gənclərdir.

YUXARI