CƏMİYYƏT31.3.2023 22:00

Əli Əsədov Qazaxıstanın baş naziri ilə danışdı

1460

Bu gün Baş nazir Əli Əsədov və Qazaxıstan Baş naziri Əlixan Smailov arasında telefon danışığı olub. Bu barədə Nazirlər Kabineti məlumat yayıb.

Əli Əsədov Əlixan Smailovu yenidən Qazaxıstan Baş naziri təyin edilməsi münasibəti ilə təbrik edib, gələcək fəaliyyətində uğurlar arzulayıb.

Telefon danışığı zamanı iki ölkə arasında dostluq münasibətləri və müxtəlif sahələrdə əməkdaşlığın inkişafı müsbət qiymətləndirilib, Azərbaycan-Qazaxıstan strateji əməkdaşlığın perpektivləri müzakirə olunub.

YUXARI