2022-ci ildə Dövlət Proqramı çərçivəsində dünyanın 18 ölkəsinə aid 110 nüfuzlu xarici ali təhsil müəssisəsində 14 prioritet ixtisas istiqaməti üzrə 80 nəfər bakalavriat,273 nəfər magistratura səviyyəsində olmaqla ümumilikdə 352 nəfər təhsil almaq hüququ əldə edib.
Trend-in məlumatına görə,bu barədə Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında Hesabatında qeyd edilib.
Bildirilib ki,Hökümətlərarası Təqaüd Proqramları çəriçivəsində xaricdə təhsil davam etdirilib.
"HTP çərçivəsində 211 nəfər dünyanın 7 müxtəlif ölkəsində 44 ali təhsil müəssisəsində təhsil almaq hüququ qazanıb. Bu ölkələr sırasına Çin Xalq Respublikası, Macarıstan,Rumıniya,Rusiya,Qazaxıstan, Türkiyə və Latviya daxildir", - deyə qeyd edilib.
Xatırladaq ki, bu gün Azərbaycan hökuməti Milli Məclisdə hesabat verir, iclasda Baş nazir Əli Əsədov, nazirlər iştirak edir.