MEDİA və QHT27.1.2022 14:38

Dnepr şəhərində Azərbaycan multikulturalizmi təqdim edilib

268

Yanvarın 25-də Ukrayna-Azərbaycan Mədəniyyət və Biznes Mərkəzində Azərbaycan multikulturalizminə həsr olunmuş tədbir keçirilib. Görüş zamanı Azərbaycan multikulturalizmi konsepsiyası haqqında məlumatlandırıcı videoçarx təqdim olunub.

Tədbiri Dnepropetrovsk vilayəti Azərbaycanlıları Konqresinin sədri Nəcəf Əhmədov açaraq gənclər üçün layihələrdən, həmçinin təşkilatın ümumi fəaliyyətindən danışıb. O, gələcək layihələr və tədbirlər haqqında məlumat verib.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Ukraynadakı nümayəndəsi Qonçaruk Marina çıxış edərək tələbələrin Azərbaycan multikultiralizmi haqqında daha çox məlumat əldə edə biləcəkləri layihələrdən danışıb.
Filologiya elmləri namizədi, dosent Gennadi Onişenko çıxışında tələbələrin multikulturalizm mərkəzinin fəaliyyətinə marağını qeyd edib.

Dnepr Milli Texniki Universitetinin “Mühasibat uçotu və audit” kafedrasının müdiri, professor, iqtisad elmləri doktoru Marina Paşkeviç tələbələrin Azərbaycan mövzularında gənclər üçün keçirilən müsabiqələrdə fəal iştirakından danışıb.

Tələbələr Azərbaycan multikulturalizmi və Mərkəzin proqramları ilə bağlı suallar veriblər, həmçinin Ukrayna-Azərbaycan layihələrindəki fəallıqlarından danışıblar.

YUXARI