ELM VƏ TƏHSİL14.5.2022 12:00

Digər dillərdə tədris aparılan birinci siniflərə qəbulla bağlı müsahibədə iştirak üçün qeydiyyat aparılır

4806

Dövlət ümumi təhsil müəssisələrinin digər dillərdə tədris aparılan birinci siniflərinə qəbulla bağlı müsahibəyə yazılmaq üçün qeydiyyat prosesi davam edir.

Bu barədə Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, müsahibəyə yazılma mərhələsi mayın 30-da başa çatacaq.

Müsahibələrin mayın 31-dək ənənəvi formatda keçirilməsi nəzərdə tutulur. Müsahibədən uğurla keçən uşaqlar üçün məktəb və müəllim seçimi mərhələsi isə iyunun 11-18-də təşkil ediləcək.

Qeyd edək ki, mayın 4-dən 2022-2023-cü tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna start verilib. Ümumi təhsil müəssisələrinin I siniflərinə qəbul prosesi www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılır.

YUXARI