ELM VƏ TƏHSİL13.8.2022 11:13

Dendrologiya İnstitutunda iriçiçəkli nargülü bitkisi tədqiq olunub

927

Dendrologiya İnstitutunda iriçiçəkli nargülü (Campsis grandiflora K. Schum) bitkisi tədqiq olunub.

Bu barədə Dendrologiya İnstitutundan məlumat verilib. Bildirilib ki, bitkinin Abşeron şəraitində çoxaldılması, dinamiki inkişafı, fenoloji inkişaf fazaları, meyvə əmələgətirmə biologiyası və yaşıllaşdırmada istifadəsi elmi əsaslarla öyrənilib. Tədqiqat zamanı yaşlı nüsxələr üzrə aparılan müşahidələrdə məlum olub ki, Abşeron şəraitində iriçiçəkli nargülü növünün yaşıl qələmlərlə, zoğlarla çoxaldılması, toxumla çoxaldılmadan daha məqsədyönlüdür. Nəticədə iriçiçəkli nargülü növü Abşeron şəraitinə uyğunlaşdırılıb, parkların, bağların yaşıllaşdırılmasında, şaquli əkinlərdə, canlı çəpərlərin salınmasında istifadəsi tövsiyə edilib.

YUXARI