CƏMİYYƏT8.12.2022 19:00

“Dədə Qorqud” yarımdalma qazma qurğusunun Qazaxıstana yedəklənməsi başa çatıb

2156

“Kaspian Drilinq Kompani Limited” MMC tərəfindən “Dədə Qorqud” yarımdalma qazma qurğusunun Qazaxıstan Respublikasının müstəsna iqtisadi zonasında yerləşən “Zhenis” yatağının V-1 quyusunun qazma sahəsinə yedəklənməsi 7 dekabr 2022-ci il tarixində saat 23:00-da başa çatdırıb.

“Dədə Qorqud” YDQQ-nin Qazaxıstandakı istifadəsi “Kaspian Drilinq Kompani Limited” MMC və yerin təki istifadəçisi “Zhenis Operating” şirkəti arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. “Zhenis Operating” şirkətinin təsisçiləri bərabər pay bölgüsü ilə Lukoyl (50%) və Kazmunayqaz Milli Şirkətidir (50%).

Quyunun qazılmasına başlanması təxminən 15 dekabr tarixinə planlaşdırılır. V-1 quyusunun ehtimal olunan qazma müddəti 110 gündür.

Bu, KDK-nın Azərbaycan və SOCAR-ı layiqincə təmsil etdiyi ilk beynəlxalq layihə deyil. “Kaspian Drilinq Kompani Limited” MMC “Şahdəniz”, “Azəri-Çıraq-Günəşli”, “Qarabağ” və “Abşeron” neft-qaz yataqlarının kəşfiyyatı və işlənməsi üzrə əsas podratçıdır.

YUXARI