DÜNYA8.12.2021 12:40

Daha bir ölkə Pekin Olimpiadasını boykot etdi

1211

Avstraliya Çinin Sincan-Uyğur Muxtar Bölgəsində və digər bölgələrində insan haqlarının pozulması səbəbindən 2022-ci il Pekin Qış Olimpiya Oyunları ilə bağlı boykot qərarı verib.

Axar.az xəbər verir ki, Avstraliya Baş naziri Skott Morrison gələn ilin fevralında Pekində keçiriləcək Qış Olimpiya Oyunlarında Avstraliya rəsmilərinin iştirak etməyəcəyini, ancaq idmançıların oyunlara qatılacağını deyib.

O, iki ölkə arasında son illərdəki diplomatik fikir ayrılıqlarını nəzərə alaraq, boykot qərarının təəccüblü olmadığını bildirib.

YUXARI