CƏMİYYƏT16.6.2021 15:00

Daha bir məmur karantində oğluna toy etdi - Açıqlama

210

Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun birinci müavini Məmməd Alıyevin ölkə ərazisində tətbiq edilən karantin rejiminə əməl etməyərək, oğluna toy məclisi təşkil etməsi ilə bağlı məlumat yayılıb.

Axar.az xəbər verir ki, məlumatda toy mərasiminin iyunun 13-də Qazaxda M.Alıyevin həyətində təşkil olunduğu bildirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov saytımıza açıqlamasında həmin toyun bir ay əvvəl keçirildiyini bildirib.

“Saytlar iddia edirlər ki, toy məclisi iyunun 13-də baş tutub. Halbuki, toy bir ay əvvəl olub”.

Ehsan Zahidov toy sahibinin karantin qaydalarını pozduğu üçün cərimə olunub-olunmaması ilə bağlı sualımızı isə cavabsız qoydu.

Qeyd edək ki, Məmməd Alıyevin yeni evlənən oğlu Elnur Alıyev bir neçə aydır Dəmir Yolu Nəqliyyatında Polis İdarəsində polis zabiti kimi işləməyə başlayıb.

YUXARI