KRİMİNAL27.5.2023 13:30

Daha bir ağır qəza - Bir nəfər ölüb, iki nəfər xəstəxanaya yerləşdirilib

720

Dünən 2002-ci il təvəllüdlü Masallı rayonu Böyük Xocavar kənd sakini Eynullayev Namiq Natiq oğlu idarə etdiyi “VAZ 217030” markalı avtomobil ilə Masallı-Digah-Təzə Alvadı avtomobil yolunun Masallı rayonu Banbaşı kəndi ərazisindən keçən hissəsində Təzə Alvadı kəndi istiqamətində hərəkətdə olarkən həmin avtomobil yolunda Masallı şəhəri istiqamətində hərəkətdə olan, 1992-ci il təvəllüdlü Masallı rayonu Banbaşı kənd sakini Ağayev Miri Mirqədir oğlunun idarə etdiyi “VAZ 21043” markalı avtomobil ilə toqquşub.

Hadisə nəticəsində “VAZ 21043” markalı avtomobil yolun kənarından axan su kanalına aşıb, Miri Ağayev hadisə yerində ölüb, həmin avtomobildə olan sərnişin 1985-ci il təvəllüdlü Masallı rayonu Banbaşı kənd sakini Seyfullayev İlkin Qubad oğlu və “VAZ 217030” markalı avtomobilin sürücüsü Namiq Eynullayev müxtəlif dərəcəli bədən xəsarətləri ilə Masallı RMX-na yerləşdiriliblər.

Faktla bağlı Masallı RPŞ-nin İstintaq Bölməsində Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə cinayət işi başlanılmışdır.

YUXARI