SAĞLAMLIQ27.3.2023 21:16

COVID-19 xəstələrinə baxan tibb işçilərinin maaşlarına əlavələrin verilmə müddəti uzadılıb

1855

Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən və Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin verilməsinin müddəti uzadılıb.

Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, həmin müddət mayın 1-dək uzadılıb.

Daha əvvəl bu müddət martın 1-dək uzadılmışdı.

YUXARI