DÜNYA10.12.2023 11:00

Çili Prezidenti: Dünya artıq 1945-ci ildəki kimi deyil

1346

Çili Prezidenti Qabriel Boriç ABŞ-ın Qəzza zolağında atəşkəs qətnaməsinə veto qoymasından sonra BMT-də təcili struktur islahatlarına çağırıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Çili lideri X sosial şəbəkəsində yazıb.

“BMT-də struktur islahatına təcili ehtiyac var. Dünya artıq 1945-ci ildəki kimi deyil”, - deyə dövlət başçısı bildirib.

Qeyd edək ki, dekabrın 8-də ABŞ BMT Təhlükəsizlik Şurasında veto hüququndan istifadə edərək Fələstin-İsrail münaqişəsi zonasında dərhal atəşkəs tələb edən BƏƏ tərəfindən hazırlanmış humanitar qətnamə layihəsini bloklayıb. Rusiya və Çin də daxil olmaqla, Təhlükəsizlik Şurasının 15 üzvündən 13-ü qətnamənin lehinə səs verib, Böyük Britaniya isə bitərəf qalıb.

YUXARI