MEDİA və QHT1.9.2023 10:55

“Cebhe.info 8, “Cümhuriyət” 30 yaşında-Təbrik edirik!

45293

Bu gün Azərbaycanın xəbər məkanında özünəməxsus yeri olan Cebhe.info xəbər portalının yaranmasından, “Cümhuriyət” qəzetinin nəşrini bərpa etməsindən 8 il ötür.

Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü bu münasibətlə Cebhe.info saytının və “Cümhuriyət” qəzetinin redaksiya heyətini təbrik edib.
“8 il öncə Azərbaycanın informasiya məkanında yeni bir sayt fəaliyyətə başladı. Qısa zamanda Cebhe.info aparıcı media orqanlarından birinə çevrildi, özünün sabit oxucu, izləyici kontingentini yarada bildi. Bu işdə heç şübhəsiz ki, peşəkar jurnalist, təcrübəli media kapitanı Rəfail Becanovun xüsusi rolu vardı. “Cümhuriyət” qəzetinin uzun fasilədən sonra nəşrini bərpa etməsi də Azərbaycan mətbuatı üçün uğurlu layihələrdən idi. Cebhe.info və “Cümhuriyət” qəzeti vətəndaş cəmiyyətinə hər zaman təmənnasız dəstəyi ilə də seçilir. Hər iki media orqanının peşəkar və zəhmətkeş kollektivini təbrik edir, yeni-yeni yaradıcılıq uğurları arzu edirəm”-təbrikdə belə deyilir.

“Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri, araşdırmaçı jurnalist Elman Cəfərli də həmkarlarını təbrik edib.

“Mənim üçün çox sevindirici haldır ki, Cebhe.info xəbər portalının qurucuları arasında olmuşam. 6 il bu mehriban və zəhmətkeş kollektivdə çalışmışam. Rəfail Becanov, Elnarə Kərimova, Teymur Zahidoğlu, Müşfiq Abdulla, Rəsmiyyə Qarayeva, Səbuhi Rəhimli, Rəhilə Misirxanova kimi peşəkar jurnalistlərlə, tanınmış imzalarla birgə çalışmaq həqiqətən böyük məsuliyyət idi. Cebhe.info xəbər portalının, nəşrini bərpa etmiş “Cümhuriyət” qəzetinin və Cebhe.TV-nin uğurlarında  heç şübhəsiz ki Alçina Amilqızı, Yeganə Oqtayqızı, Mənsur Rəğbətoğlu, Xatirə Nəsirova, Vilayət Muxtar, Aida Ramizqızı, Fuad Sadıqov, Sevinc Tapdıqqızı, Aytən Həsənova, Nigar Məhərrəm, Sevda Səlimova, Anar Cəfərov kimi təcrübəli jurnalistlərin, Məcid Həsənli, Röya Kərimli, Elmir Mustafa, Sayad Həsənli, Hicranə İsmayılova, İlham Rəsulzadə, Rövşən Əsədov, Elgün Gəncimsoy, Naibə Məmmədova, Elmir Muradov, Pərvanə Rzayeva, Nuhbala Tanrıverdiyev, Əli Bədir, Əntiqə Səməndər kimi gənc əməkdaşların da böyük rolu var. Hər iki media orqanının bir özəlliyi də var ki müxtəlif səbəblərdən dünyaya səpələnmiş azərbaycanlıların tribunasına çevrilib, Güney Azərbaycanda yaşayan 35 milyondan çox soydaşımızın ana dili hərəkatına və milli kimlik mübarizəsinə hər kəsdən çox diqqət ayırıb,  informasiya dəstəyi verib. Jurnalist karyeramın ən məhsuldar və parlaq dövrünü keçirdiyim sevimli kollektivin bütün üzvlərini, əziz həmkarlarımı səmimi qəlbdən təbrik edir, peşə fəaliyyətində uğurlar arzu edirəm”-Elman Cəfərli bildirib.

#Cebheİnfo #Cümhuriyət #CəbhəTV

YUXARI