DÜNYA18.5.2022 06:00

Çavuşoğlu və Blinken Nyu Yorkda görüş keçirəcəklər

2342

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və ABŞ dövlət katibi Entoni Blinken mayın 18-də Nyu-Yorkda Strateji Dialoq Mexanizmi çərçivəsində Ankara-Vaşinqtonun ilk nazirlər toplantısı çərçivəsində görüşəcək.

Trend-in məlumatına görə, bu mexanizm fikir ayrılıqlarının aradan qaldırılması və əməkdaşlığın daha da genişləndirilməsi məqsədilə işə salınıb.

Çavuşoğlu və Blinken Strateji Dialoq Mexanizmi çərçivəsində iqtisadi əməkdaşlığın vəziyyəti və perspektivlərini, terrorla mübarizə, müdafiə sektorunda tərəfdaşlığı müzakirə edəcək, regional gündəliyin əsas aspektləri ətrafında fikir mübadiləsi aparacaqlar.

Tərəflər danışıqlar yolunun effektivliyini maksimum dərəcədə artırmağa yönəlib.

Vaşinqtonla Ankara arasında əsas fikir ayrılığı ABŞ-ın YPG terrorçularına (PKK terrorçularının Suriya qanadı) verdiyi dəstəklə bağlıdır. ABŞ-ın Suriyadakı terror təşkilatları ilə əməkdaşlığı Türkiyə ilə münasibətləri ciddi şəkildə soyudub.

YUXARI