İQTİSADİYYAT10.6.2021 12:30

Bütün kənd təsərrüfatı yarmarkaları fəaliyyətini bərpa edəcək - Nazir

391

Azərbaycanda Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təşkil edilən və pandemiya şəraiti ilə əlaqədar dayandırılan bütün yarmarkalar fəaliyyətini bərpa edəcək. Trend-in məlumatına görə, bunu Kənd Təsərrüfatı naziri İnam Kərimov deyib.

O bildirib ki, artıq pandemiya ilə bağlı vəziyyət yaxşılaşdıqca bu tədbirlərin də keçirilməsinə başlanacaq: "Pandemiya ilə bağlı yumşalmalar başlanıb. Yumşalmalar olduqca yarmarkalar da təhlükəsizlik tədbirlərinə riayət edilməklə təşkil olunacaq. Həm bal yarmarkaları, həm də kənd təsərrüfatının ənənəvi yarmarkaları fəaliyyətini bərpa edəcək".

YUXARI