CƏMİYYƏT18.5.2022 13:42

Builki sərgilərə xarici şirkətlər tərəfindən böyük maraq var - Nazir

78

Bu gün Bakıda işə başlamış 15-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi - “Caspian Agro” və 27-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi - “InterFood Azerbaijan” indiyə qədər təşkil edilmiş ən böyük sərgilərdir.

Bunu kənd təsərrüfatı naziri İnam Kərimov sərgilərin açılışında deyib.

Nazir bildirib ki, sərgilərə xarici şirkətlər tərəfindən böyük maraq var. Onun sözlərinə görə, sərgilərdə 25-ə yaxın ölkədən təxminən 450 şirkət iştirak edir.


“Bunun da 350-si xarici şirkətdir. Onların bu sərgilərə maraq göstərməsi Azərbaycanda aqrar sahənin inkişaf etməsidir, bu sahəyə dövlət dəstəyinin olmasıdır. Əsas məqsədimiz fermerləri sərgidə təqdim edilən yeniliklərlə tanış etməkdir”, - deyə İ.Kərimov bildirib.

Nazir qeyd edib ki, İsrailin və Türkiyənin kənd təsərrüfatı nazirləri, digər qonaqlar Bakıdadır. Sərgilər çərçivəsində ikitərəfli əməkdaşlıq məsələləri müzakirə ediləcək.
 

YUXARI