İQTİSADİYYAT4.5.2021 15:32

Bu sistemin inkişafı CAREC çərçivəsində malların sərbəst daşınmasına gətirib çıxaracaq - Nazir

782

Tranzit-nəqliyyat informasiya sisteminin inkişafı iqtisadiyyatların daha sıx inteqrasiyasına və CAREC (Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq) proqramı çərçivəsində malların sərbəst daşınmasına gətirib çıxaracaq. Trend-in məlumatına görə, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Asiya İnkişaf Bankının (AİB) Direktorlar Şurasının onlayn iclasında deyib.

Nazir bildirib ki, bu sistemin inkişafı Azərbaycanın nəqliyyat və trans-sərhəd əməliyyatlarını, tranzit potensialını təkmilləşdirməyə imkan verəcək, iqtisadiyyatların inteqrasiyasına, eləcə də müəyyən gömrük prosedurları zamanı yaranan əlavə problem və məsələlərin həllinə gətirib çıxaracaq: "Bu kontekstdə beynəlxalq vergi sisteminə və hökumətlər arasında məlumat mübadiləsinə diqqət ayırmaq lazımdır".

YUXARI