ELM VƏ TƏHSİL7.12.2021 20:40

Bu şəxslər peşə hazırlığı kurslarına ödənişsiz cəlb ediləcək və təqaüd alacaqlar

65

Dekabrın 7-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclası keçirilib. Trend-in məlumatına görə, komitə sədri Musa Quliyev bildirib ki, gündəliyə bəzi qanunlara dəyişikliklərlə bağlı üç məsələ daxil edilib.

“Məşğulluq haqqında” qanunda dəyişiklik edilməsi barədə layihəyə dair (birinci oxunuş) məlumatda bildirilib ki, sənəddə mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olub, digər məşğulluğu olmayan şəxslərin peşə hazırlığı kurslarına ödənişsiz cəlb edilməsi, həmçinin peşə hazırlığına cəlb olunduqları dövrdə təqaüd almaları, haqqı ödənilən ictimai işlərə, habelə özünüməşğulluğa cəlb olunmaları kimi aktiv məşğulluq tədbirlərini təsbit edən müddəalar irəli sürülür.

YUXARI