ELM VƏ TƏHSİL27.3.2023 08:38

Bu məktəbin direktoru özünü Ərtoğrul Qaziyə bənzətdi

7015

Bu günlərdə Novruz bayramı ərəfəsində Xəzər rayonu Mərdəkan qəsəbəsi 124 saylı məktəbin direktoru Adil Əliyev bayram tədbirlərinin birində əyninə qırmızı xalat geyinib, başına tac qoyaraq özünü Ərtoğrul Qaziyə bənzədib.

Direktor səhnələşdirilmiş tədbirdə o qədər aludə olub ki, əmr və göstəriş verib, şagirdləri sıraya düzüb. 

Onun bu davranışı sosial şəbəkələrdə gülüş, tənqid, istehza dolu fikir və şərhlər doğurub.

Lakin direktorun bu addımını təqdir edənlər də olub.

Məsələ ilə bağlı Bakə şəhəri üzrə Təhsil İdarəsinin və ya 124 saylı məktəbin rəhbərliyinin açıqlamasını işıqlandırmağa hazırıq. 

P.S. Qeyd edək ki, Ərtoğrul Qazi Osmanlı imperiyasının qurucusu və banisi Osman Qazinin atasıdır. 

YUXARI