İQTİSADİYYAT9.12.2022 15:27

Bu məhsullar 10 il ƏDV-dən azad ediləcək

4025

İşğaldan azad edilmiş ərazilərin rezidentləri tərəfindən idxal olunan məhsullar ƏDV-dən azad edilir. Trend-in məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilib.

Dəyişikliyə əsasən, ƏDV-nin məqsədləri üçün qeydiyyatda olan işğaldan azad edilmiş ərazinin rezidentləri tərəfindən siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş istehsal fəaliyyəti sahələri üzrə xammal və materialların idxalının 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətində ƏDV-dən azad edilməsi, işğaldan azad edilmiş ərazinin rezidenti olan hüquqi şəxslərin səhmdarlarının (payçılarının) dividend gəlirlərinin 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətində vergidən azad edilməsi də təklif olunur.

Dəyişiklik səsverməyə qoyularaq üçüncü oxunuşda təsdiq edilib.

YUXARI