DÜNYA13.8.2022 11:12

Bu istiqamətlərdə mübarizə davam edir - Baş Qərargah

859

Ukrayna və Rusiya Silahlı Qüvvələrinin Donetsk - Peski və Novoselovka - Aleksandropol istiqamətlərində döyüşləri davam edir.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Feysbuk hesabında məlumat yayıb.

Məlumata əsasən, Baxmut istiqamətində Rusiya artilleriyası və tankları Çasovo Yar, Berestovoqo, Baxmutski, Perezdnovo və Soledara zərbələr endirib.

Avdeyevka istiqamətində isə ruslar Novoselovka Vtoraya, Krasnoqorovka və Spartaka hücum etsə də, uğur qazanmayaraq geri çəkilib.

YUXARI