CƏMİYYƏT18.5.2022 13:40

Bu il 11 mindən çox ailə mübahisələrlə bağlı mediasiyaya müraciət edib

77

Cari ilin 5 ayında 11 005 ailə mübahisələrlə bağlı mediasiyaya müraciət edib

Bunu Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov "Azərbaycan ailə modelinin inkişaf strategiyası" adlı konfransda çıxışı zamanı deyib.

O qeyd edib ki, bu müraciətin 395-i barışıq sazişi ilə nəticələnib.
“Mediasiya Şurasında qeydiyyatda olan 286 medaitordan 60-ı qadındır. Qadınlardan daha uğurlu medatorlar alınır. Ümumilikdə, 59 mediatora yol verdiyi nöqsanlara görə xəbərdarlıq edilib. 7 mediatorun fəaliyyəti isə 6 aylıq dayandırılıb”, - deyə o əlavə edib.

YUXARI