DÜNYA9.12.2022 04:00

Bu gün Mişanın məhkəməsidir: özü iştirak edə bilər

197

Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin cəzasının təxirə salınması ilə bağlı bu gün baş tutacaq məhkəmə iclasında sabiq prezident iştirak etmək istəyir.

Axar.az xəbər verir ki, bu barədə Saakaşvilinin vəkilllərindən biri İliya Lomia “Vivamed” klinikasında ona baş çəkdikdən sonra jurnalistlərə verdiyi müsahibəsində deyib.

O bildirib ki, məhkəmə iclasına Saakaşvilinin səhhəti ilə bağlı araşdırma aparan həkimlər dəvət olunacaqlar:

"Saakaşvilinin məhkəmə iclasında iştirak etmək arzusu böyükdür. Ola bilsin ki, Penitensiar Xidmət yardımçı vasitələrlə (əlil arabaları, xərəklər və hər hansı digər vasitələrlə) onun məhkəmə iclasına gətirilməsini təmin etsin. Məhkəmə iclasında məhkəmə-tibbi ekspertizanın aktını tərtib edən şəxsləri dəvət edəcəyik ki, onlar məhkəməyə izahat versinlər - hansı araşdırmalar aparıblar, bu araşdırmalar nəyə əsaslanıb. Həmçinin, onlar öz mövqelərini, hansı nəticələrə gəldiklərini və ümumiyyətlə, bu qənaətin niyə təqdim olunduğunu bildirəcəklər. İclasın gedişində şahidlərin dindirilməsi qaydası məhkəmənin özündə müəyyən edilir. Bu şəxslər həkimlər, mütəxəssislər, həmçinin “Vivamed” tibb personalı, müalicə həkimi və s. Yekun qərar qəbul olunana qədər ən azı 2 məhkəmə iclası keçirilə bilər".

Onun sözlərinə görə, bugünkü prosesdə siyasətçilər şahid qismində dindirilməli idi, lakin çox güman ki, müdafiə tərəfi onların dindirilməsi məsələsini gündəmdən çıxaracaq.

Qeyd edək ki, 1 dekabrda Mixail Saakaşvilinin vəkili Şalva Xaçapuridze sabiq prezidentin səhhətinə görə cəzadan azad olunması üçün məhkəməyə müraciət edib.

YUXARI