MƏDƏNİYYƏT7.12.2021 14:00

Bu film müsəlman ölkələrində qadağan edildi

1199

Stiven Spilberqin “Qərb tərəfinin hekayəsi” musiqili filmi Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Qətər, Bəhreyn, Oman və Küveytdə qadağan edilib. Kult.az xəbər verir ki, bu barədə “Hollivud Reporter” məlumat yayıb.

Məlumata görə, bu qərar aktrisa Ezra Minasın canlandırdığı transseksual Anibodis obrazına görə qəbul edilib.

Qeyd edək ki, filmin nümayişi 2020-ci ildə olmalı idi, lakin koronavirus pandemiyası ilə bağlı məhdudiyyətlər səbəbindən premyera təxirə salındı. Bundan əvvəl isə “Marvel”in yeni filmi “Əbədilər”də LGBT personajlarının olmasına görə bəzi Yaxın Şərq ölkələri filmi qadağan etmişdi.

YUXARI