ELM VƏ TƏHSİL9.12.2022 14:30

BSU-da Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş beynəlxalq elmi konfrans keçiriləcək

68

4-5 may 2023-cü il tarixlərində Bakı Slavyan Universitetində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Azərbaycanşünaslığın mühüm məsələləri: tədqiqat, elmi diskurs və beynəlmiləlləşmə” adlı beynəlxalq elmi konfrans keçiriləcək.

“Heydər Əliyev və Azərbaycanşünaslıq”, “ Heydər Əliyev şəxsiyyətinin fenomenologiyası”; “Heydər Əliyev və Azərbaycan təhsilinin inkişaf"; “Heydər Əliyev və Azərbaycan elmi”, “Heydər Əliyevin tolerantlıq və multikulturalizm siyasəti”, “Heydər Əliyev və Azərbaycan mədəniyyəti”, “Heydər Əliyev-Azərbaycan dilçiliyi və ədəbiyyatı” istiqamətləri üzrə təşkil olunacaq beynəlxalq elmi konfransın işçi dilləri Azərbaycan, türk, ingilis, rus dilləridir.

“Azərbaycanşünaslığın mühüm məsələləri: tədqiqat, elmi diskurs və beynəlmiləlləşmə” adlı beynəlxalq elmi konfransa tezislərin son qəbul tarixi 1 fevral 2023-cü ildir.

Beynəlxalq elmi konfrasda iştirak və tezislərin tərtibi qaydaları ilə bağlı ətraflı məlumatı (bsu-uni.edu.az) saytının “Elanlar” bölməsindən (https://bsu-uni.edu.az/az/announce/313) əldə edə bilərsiniz.

YUXARI