DÜNYA20.4.2021 16:03

Böyük dövlətlər böyüklük etməyi bacarmalıdır – Çin

622

Qlobal idarəetmə sistemi daha bərabər və ədalətli olmalıdır.

Bunu Çin sədri Si Szinpin Pekinin Davos Forumuna alternativ olaraq Boao Forumunda çıxışı zamanı deyib. O, bir neçə dövlət tərəfindən müəyyənləşdirilən qaydalara digərlərini də əməl etməyə məcbur edilməməsi gərəkdiyini bildirib.

Szinpin baryerlərin yaradılmasının heç kimə fayda gətirmədiyini söyləyib:

“Dünya hegemoniya yox, ədalət istəyir. Böyük dövlətlər özlərini əsl böyük kimi aparmalı, üzərlərində böyük məsuliyyət olduğunu göstərməlidirlər”.

YUXARI