KRİMİNAL23.1.2023 06:00

Bodrumda bələdiyyə sədrinə hücum edildi

127

Türkiyədə Bodrum şəhərinin bələdiyyə sədri Əhməd Aras əyləncə məkanlarından birində hücuma məruz qalıb.

Axar.az yerli mediaya istinadən xəbər verir ki, bələdiyyə sədri əvvəlcə həmin şəxsin təhqirlərinə məruz qalıb, daha sonra isə anidən ona hücum edilib.

Arasın cangüdənlərinin müdaxiləsi ilə sözügedən kişi oradan uzaqlaşdırılıb.

Bildirilib ki, Arasa xəsarət yetirmək istəyən vətəndaş bir müddət əvvəl elə bələdiyyə əməkdaşı olub, haqqında rüşvət alma iddiaları olduğundan dolayı işindən kənarlaşdırılıb.

Polis faktla bağlı araşdırma aparır.

YUXARI