DÜNYA11.6.2024 04:00

BMT TŞ Qəzzada atəşkəslə bağlı ABŞ-ın qətnamə layihəsini qəbul edib

4810

BMT Təhlükəsizlik Şurası ABŞ-ın İsrail və Fələstinin HƏMAS hərəkatı arasında atəşkəsə dair qətnamə layihəsinin lehinə səs verib.

Trend xəbər verir ki, Təhlükəsizlik Şurasının 15 üzvündən 14-ü bu sənədin lehinə səs verib.

ABŞ-ın təklif etdiyi qətnamə layihəsi yeddi bənddən ibarətdir, bunlardan birincisi HƏMAS-ı razılaşmanı qəbul etməyə və həmçinin bütün tərəfləri heç bir şərt və ya gecikmə olmadan onun müddəalarını tam şəkildə yerinə yetirməyə çağırışdır.

Bundan əlavə, sənəddə vurğulanır ki, atəşkəs üzrə məsləhətləşmələr altı həftədən çox uzanarsa, o zaman atəşkəs danışıqlar davam etdiyi müddətdə qüvvədə qalacaq. Qətnamədə, həmçinin BMT-yə üzv olan bütün ölkələr sazişin həyata keçirilməsini dəstəkləməyə çağırılır, İsrail və Fələstin arasındakı münaqişənin iki dövlətin dinc yanaşı yaşaması əsasında həllinə sadiqliyi bir daha təsdiqlənir.

YUXARI