CƏMİYYƏT31.3.2023 20:30

BMT QAK Azərbaycana yeni nümayəndə təyin etdi

1548

BMT-nin Qaçqınlar üzrə Ali Komissarının (BMT QAK) Azərbaycandakı nümayəndəsi dəyişib. Axar.az xəbər verir ki, xanım Bik Lum qurumun Azərbaycanda yeni nümayəndəsi təyin olunub.

Qeyd edək ki, B.Lum martın 30-da Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov, martın 31-də isə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev ilə görüşüb. Görüşlərdə qarşılıqlı əməkdaşlıq və digər məsələlər əsas müzakirə mövzusu olub.

YUXARI