BMT nümayəndələri ABŞ qoşunlarının çıxarılmasından sonra Əfqanıstanda fəaliyyətlərini davam etdirəcəklər.
Axar.az xəbər verir ki, bu məlumatı BMT-nin rəsmi nümayəndəsi Eri Kaneko yayıb.
“BMT Əfqanıstanı tərk etmək niyyətində deyil. Bizim missiyamız orada qalır. BMT missiyanın əməkdaşlarının təhlükəsizliyinin təmini üçün tədbirlər görür”, – deyə o bildirib.