Qədim türk dövlətlərində belə qadına böyük hörmət vardı və qadın önəmli yerə sahib idi. Trend xəbər verir ki, bunu Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunu prezidenti Günay Əfəndiyeva Bakıda “Qadınların hüquqlarının inkişaf etdirilməsi və səlahiyyətlərinin artırılması” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.
"Bir çox türk qadınlarının adı tarixdə böyük səlnamələr yaradıb. Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu qadınların türk dünyasında əhəmiyyətinu bildirən bir sıra layihələr həyata keçirib. Təəsüf ki, dünyanın bir çox yerində qadınların çətinliklərlə üzləşdiyini görürük. Afrikada yüzlərlə qadın aclıq səbəbindən dünyasını dəyişir.
Belə tədbirlərin keçirilməsi müxtəlif ölkələri təmis edilən qadınların arasında vəhdətin qurulmasında önəmli rol oynayacaq”,- deyə o bildirib.
Qeyd edək ki, Bakıda Qoşulmama Hərəkatının konfransı keçirilir. Konfrans Qoşulmama Hərəkatının hazırkı sədri qismində Azərbaycan Respublikası ilə yanaşı, təsisatın növbəti sədrləri kimi Uqanda və Özbəkistanın birgə təşkilatçılığı ilə baş tutur.
Tədbirdə Qoşulmama Hərəkatına üzv ölkələrin, həmçinin təsisat yanında müşahidəçi statusuna malik dövlətlərin, beynəlxalq təşkilatların nümayəndələri, həmçinin xüsusi qonaq qismində dəvət olunan yüksək vəzifəli rəsmi şəxslər də daxil olmaqla, ümumilikdə 60-a yaxın nümayəndə heyəti iştirak edir.