SAĞLAMLIQ21.2.2024 10:53

Bir ailənin 3 üzvü göbələkdən zəhərləndi

1341

Şirvan şəhərində bir ailənin 3 üzvü göbələkdən zəhərlənib.

Axar.az xəbər verir ki, 15 yaşlı Ləman Şahin qızı Nəzərova, 23 yaşlı Orxan Şahin oğlu Nəzərov və 44 yaşlı Samirə Rəsul qızı Nəzərova axşam saatlarında yaşadıqları ünvanda göbələkdən hazırlanmış yeməkdən zəhərləniblər.

Onlar zəhərlənmə ilə bağlı Şirvan şəhər təcili yardım xidmətinə müraciət ediblər.

Faktla bağlı Şirvan Şəhər Prokurorluğunda araşdırma aparılır.

***

Şirvanda bir ailənin üç üzvünün zəhərlənməsi ilə bağlı araşdırmalara başlanılıb.

Bu barədə Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

Qeyd edilib ki, baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.

YUXARI