CƏMİYYƏT20.4.2021 19:22

Beynəlxalq humanitar hüquq mövzusunda seminar keçirilib

660

2021-ci ilin fəaliyyət planına əsasən Müdafiə Nazirliyinin dəstəyi və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) təşkilatçılığı ilə H.Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin kursantları üçün seminar keçirilib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, seminarda BQXK-nin Azərbaycan nümayəndəliyinin əməkdaşları şəxsi heyət qarşısında “BQXK-nın mandatı və fəaliyyəti, Beynəlxalq Humanitar Hüquqa giriş” mövzusunda çıxış edib və onları maraqlandıran sualları cavablandırıblar.

YUXARI