İQTİSADİYYAT2021.09.14 16:45

Beynəlxalq Enerji Agentliyi Azərbaycanda neft hasilatı ilə bağlı proqnozunu azaldıb

10

Beynəlxalq Enerji Agentliyi (BEA) Azərbaycanda neft hasilatının 2021-ci ildə 0,6 milyon barel/sutka təşkil edəcəyini proqnozlaşdırır.

Trend bu barədə Agentliyə istinadən məlumat verir. Bundan əvvəlki proqnozda bu göstərici 0,7 milyon barel/sutkaya bərabər idi.

Agentliyin qiymətləndirməsinə əsasən, 2021-ci ilin birinci rübündə Azərbaycanda neft hasilatı 0,7 milyon barel/sutka, ikinci rübündə 0,6 milyon barel/sutka təşkil edib.

Proqnoza əsasən, bu ilin üçüncü və dördüncü rübündə hasilat 0,6 milyon barel/sutka təşkil edəcək.

2022-ci ildə isə Azərbaycanda neft hasilatının 0,6 milyon barel/sutka təşkil edəcəyi gözlənilir. Bundan əvvəlki proqnozda bu göstərici 0,7 milyon barel/sutkaya bərabər idi.

Qeyd edək ki, BEA-nın hesabatına əsasən, 2020-ci ildə Azərbaycanda neft hasilatı 0,7 milyon barel/sutka təşkil etmişdi.

YUXARI