İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni yenidən xəstəxanaya yerləşdirilib. Azvision.az xəbər verir ki, o Milandakı "San Raffaele" xəstəxanasında müalicə alacaq. 2020-ci ilin sentyabrında koronavirusa yoluxmuş 84 yaşlı Berluskoni burada təkrar müayinələrdən keçəcək.
Xatırladaq ki, İtaliyanın keçmiş baş naziri bir neçə il əvvəl ürəyindən əməliyyat olunmuşdu. Son aylarda isə dəfələrlə xəstəxanaya yerləşdirilib.