KRİMİNAL13.5.2022 20:00

Bərdədə keçmiş məcburi köçkün ailəsinin yaşadığı ev yanaraq kül olub

157

Bərdədə Ağdərə rayonundan olan keçmiş məcburi köçkün ailəsinin yaşadığı ev yanaraq külə dönüb.

Trend-in yerli bürosu xəbər verir ki, ümumi sahəsi 120 kv.metr olan evdə yanğın qısa zaman kəsiyində ətrafı bürüdüyündən evdən hər hansı bir əşya çıxartmaq mümkün olmayıb.

Hadisə rayonunun Güloğlular kəndi ərazisində qeydə alınıb. Belə ki, Ağdərə rayon sakininə məxsus evdə başlayan yanğın qısa müddətdə ətrafı bürüyüb.

Hadisə yerinə dərhal FHN-nin Bərdə rayon yanğından mühafizə hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub.

Evin hansı səbəbdən yandığı hələ ki, məlum deyil.

YUXARI