CƏMİYYƏT1.2.2023 12:00

"Bələdiyyə seçkilərini qanunvericilikdən çıxarmalıyıq"- Siyavuş Novruzov

504

"Bələdiyə seçkiləri regional səviyyədə keçirməliyik, ümumrespublika səviyyəsində yox". Bakıvaxtı.az xəbər verir ki, bunu deputat Siyavuş Novruzov Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, bununla bağlı Seçki Məcəlləsinə müvafiq dəyişikliklər edilməlidir:

"Bu, bilavasitə bələdiyyə seçkiləri ilə bağlı məsələdir. Hesab edirəm ki, bələdiyyə seçkilərini qanunvericilikdən çıxarmalıyıq. Çünki prezident seçkiləri ilə bələdiyyə seçkilərinin heç bir fərqi yoxdur. Prezidentliyə namizəd olan şəxslə bələdiyyə sədrliyinə namizəd olan şəxs eyni sənədləri toplmalıdır. Bələdiyə seçkiləri regional səviyyədə keçirməliyik, ümumrespublika səviyyəsində yox”.

YUXARI