DÜNYA2021.11.25 06:00

BƏƏ Türkiyə iqtisadiyyatına 10 milyard dollar investisiya yatırır

12

Birləşmiş Ərəb Əmirlikləri Türkiyə iqtisadiyyatına sərmayə qoymaq üçün 10 milyard dollar ayırıb.

Trend yerli KİV-lərə istinadən xəbər verir ki, bu barədə çərşənbə günü Ankarada keçirilən mətbuat konfransında BƏƏ Dövlət İnvestisiya Fondu - Abu Dhabi Development Holdinqinin idarə heyətinin sədri Məhəmməd Həsən əl-Suveydi bildirib.

Bundan əvvəl Türkiyə Respublikası Mərkəzi Bankı ilə Birləşmiş Ərəb Əmirliklərinin Mərkəzi Bankı arasında Anlaşma və Əməkdaşlıq haqqında Memorandum imzalanıb.

İmzalanma mərasimi Əbu-Dabinin vəliəhdi Şeyx Məhəmməd bin Zayed əl-Nəhyanın Ankaraya səfəri çərçivəsində baş tutub.

YUXARI