MƏDƏNİYYƏT3.12.2022 15:30

Bədii şüşə sənəti nümunəsi - küp qəbirdə tapılmış badə

607

Milli Azərbaycan Tarixi Muzeyinin Arxeologiya fondunda erkən orta əsrlər dövrü incəsənətinin maraqlı növlərindən olan bədii şüşə sənəti sahəsinin çoxsaylı nümunələri qorunur. Bunlardan biri 1938-ci ildə İsmayıllı rayonu ərazisində aparılan arxeoloji qazıntılar zamanı küp qəbirdə tapılmış badədir.

Bu barədə muzeydən məlumat verilib. Açıq yaşıl rəngli bu şüşə badə üstdən aşağıya doğru maili qabartmalarla bəzədilib.

Qeyd edək ki, arxeoloji qazıntılar nəticəsində Mingəçevirdə, Şamaxıda, İsmayıllıda, Gəncədə, Qəbələdə, Qarabağda və başqa yerlərdə bədii şüşə sənəti sahəsinin nümunələri aşkar edilib. Vaza, kuzə, piyalə, qədəh, ətirqabı və s. kimi istifadə olunan şüşə məmulatı tapıntıları nəinki çeşid müxtəlifliyi, həm də bədii dəyərləri ilə diqqəti cəlb edir.

YUXARI