ELM VƏ TƏHSİL1.8.2024 16:30

BDU Qazaxıstanın Avrasiya Milli Universiteti ilə “Orhun” mübadilə protokolu imzalayıb

3548

Bakı Dövlət Universiteti (BDU) ilə Qazaxıstanın L.N.Qumilyov adına Avrasiya Milli Universiteti arasında “Orhun” mübadilə protokolu imzalanıb.

BDU-dan bildirilib ki, protokolu rektor Elçin Babayev və Qazaxıstanın L.N.Qumilyov adına Avrasiya Milli Universitetinin rektoru Yerlan Sıdıkov imzalayıb. Protokol çərçivəsində akademik heyətin, tələbələrin və tədqiqatçıların mübadiləsi nəzərdə tutulur.

Qazaxıstanın nüfuzlu universitetlərindən olan L.N.Qumilyov adına Avrasiya Milli Universitetinin əsası 1996-cı ildə qoyulub. Hazırda universitetdə 13 fakültə fəaliyyət göstərir.

YUXARI