ABŞ prezidenti Co Bayden Nümayəndələr Palatasında respublikaçıların hökumətin müvəqqəti maliyyələşdirilməsi təklifinə veto qoyacaq.
Trend-in məlumatına görə, bu barədə Ağ Evin mətbuat xidməti bildirib.
Məlumata əsasən, Nümayəndələr Palatasının spikeri, Respublikaçı Mayk Conson tərəfindən irəli sürülən təklif dövlət qurumlarını maliyyələşdirmək üçün kifayət etməyəcək və "bir neçə ən vacib dövlət xidmətlərinin fəaliyyətində ciddi fasilələrə" səbəb ola bilər.
Ağ Ev hesab edib ki, respublikaçıların planı "milli təhlükəsizlik məsələlərində xüsusilə məsuliyyətsizdir". Prezident administrasiyasından bildiriblər ki, onun qəbul edilməsi ABŞ-ın Çin üzərindəki hərbi üstünlüyünü sarsıdacaq, “döyüş hazırlığını azaldacaq və qoşunlarımıza layiq olduğu dəstəyi verə bilməyəcək”.