KRİMİNAL25.5.2023 15:20

Baş redaktor dələduzluğa görə həbs edildi

682

"Yaşıl elm" platformasının baş redaktoru Taryel Abdullayev həbs olunub. O dələduzluqda ittiham edilərək şikayət əsasında saxlanılıb. T. Abdullayev barəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb və Nərimanov məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs edilib.

Məlumata görə, təqsirləndirilən şəxs 4 nəfərə xaricdə təhsil almaq adı ilə dələduzluq edib.

YUXARI