CƏMİYYƏT24.11.2022 19:00

Baş prokuror işgəncə faktları ilə bağlı səslənən iddialara münasibət bildirib

70

Baş prokuror Kamran Əliyev işgəncə faktları ilə bağlı səslənən iddialara münasibət bildirib.

Trend-in məlumatına görə, Baş prokuror Elmi Məsləhət Şurasının iclasında deyib ki, narkotiklə bağlı cinayət işlərinə əsasən, tutulan şəxslər adətən saxlanılarkən və istintaq dövründə işgəncələr aldığı barədə ifadələr verirlər.

O qeyd edib ki, işgəncə faktları ilə bağlı əsasən təqsirləndirilən şəxslər məhkəmə istintaqı zamanı ifadə verir: "Bu məsələlərdə prokurorluq orqanları çox diqqətli olmalıdır. Çünki bəzən təqsirləndirilən şəxslər məsuliyyətdən özünü kənarda saxlamaq niyyəti ilə bu yola əl atırlar. Bu məsələlər çox ciddi şəkildə araşdırmalıdır".

YUXARI